Sergey Lavrov Türkiyəyə xəbərdarlıq etdi
Bizi izləyin

Dünya

Sergey Lavrov Türkiyəyə xəbərdarlıq etdi

"Bizim Türkiyə nümayəndə heyətinin Krıma səfərinə münasibətimiz çox yaxşıdır. Amma bu ziyarət Ukrayna ərazisindən həyata keçirilməməlidir".

Publika.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Krım tatarlarının vəziyyəti ilə bağlı müşahidə aparmaq üçün türkiynin bölgəyə nümayəndə heyəti göndərmək niyyətini şərh edərkən deyib.

O deyib ki, belə məqsədlər üçün Krım respublikasına səfər zamanı Rusiyanın müvafiq orqanlarını məlumatlandırmaq şərtdir. Nazir bununla bağlı Rusiyanın mövqeyinin Türkiyə tərəfinə çatdırıldığını bildirib.

"Əgər Türkiyə tərəfi həqiqətən Krımda yaşananları görmək istəyirsə, mütləq bizim təklifimizi qəbul etməlidir", - Lavrov əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm