Avstraliyada antiislamçlarla irqçilik əleyhdarları toqquşdu
Bizi izləyin

Dünya

Avstraliyada antiislamçlarla irqçilik əleyhdarları toqquşdu

Avstraliyanın bir neçə şəhərində islamçı ekstremizm və irqçilik əleyhinə aksiya keçirən rəqib qruplar arasında toqquşma baş verib.

Publika.az-ın məlumatına görə, böyüklüyünə görə ölkənin ikinçi şəhəri olan Melburnda polis nümayişlərə müdaxilə etməli olub. Bir neçə aksiya iştirakçısının saxlanıldığı bildirilir.

Nümayişlərə ilk çağırış Avstraliya dəyərlərinin keşiyində durduğunu deyən “Reclaim Australia” hərəkatı tərəfindən səslənib. Hərəkat öz tərəfdarlarını ölkənin "islamlaşmasına" yol verməməyə çağırır.

Rəqib aksiya iştirakçıları bu hərəkatı antimüsəlman hisslərini qızışdırmaqda və İslam əleyhinə stereotiplər yaymaqda suçlayırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm