Şiə silahlıları Tikritdən geri çəkilirlər
Bizi izləyin

Dünya

Şiə silahlıları Tikritdən geri çəkilirlər

Tikriti İŞİD qruplaşmasından geri almaq üzrə əməliyyatda iştirak etmiş şiə döyüçüləri zorakılıq və talanlar barədə xəbərlər fonunda şəhəri tərk edirlər.

Publika.az-ın məlumatına görə, yerli sakinlər ötən həftə Tikritə daxil olan silahlıları maşın oğurluğu və soyğunçuluqda suçlayırlar. İraq rəsmiləri ordunun bunda iştirak etmədiyini bildirib. İraqın baş naziri talançıların həbs edilməsinə dair əmr verib.

Hücumdan əvvəl əsasən sünnilərdən ibarət olan şəhər əhalisinə riskin yarandığı barədə narahatlıqlar dilə gətirilir. Tikriti ələ keçirən 30 minlik hökumətpərəst qüvvələrin əksər hissəsini şiə döyüşçüləri təşkil edir.

İlkin mərhələdə Tikrit əməliyyatı general Qasem Süleymaninin rəhbərlik etdiyi İran müşavirləri tərəfindən həyata keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm