BMT Yəmənlə bağlı qapalı toplantı çağırıb
Bizi izləyin

Dünya

BMT Yəmənlə bağlı qapalı toplantı çağırıb

Rusiya Səudiyyə Ərəbistanının hava hücumlarına humanitar fasilə verilməsi təklifini bağlı qapılar arxasında müzakirə etməyə çağırıb.

Publika.az-ın məlumatına görə, BMT-nin humanitar məsələlər üzrə məsul şəxsi Valerie Amos deyib ki, Yəməndəki son iki həftədə baş verən hadisələrdə 500-dən çox adam öldürülüb, onların arasında 90 uşaq da var. On minlərlə adam ev-eşiyini tərk edib.

Yəməndə qiyam qaldıran şiə məzhəbli husi silahlılarına qarşı hava əməliyyatlarına Səudiyyə Ərəbistanı rəhbərlik edir. Xəbər agentlikləri yerli sakinlərə istinadən bildirirlər ki, koalisiyanın aviasiyası aprelin 3-dən 4- keçən gecə husi düşərgəsini hədəfə alıb, amma əvəzində kəndi bombalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm