Rusiya Arktikada MiG-31 qırıcıları yerləşdirəcək
Bizi izləyin

Dünya

Rusiya Arktikada MiG-31 qırıcıları yerləşdirəcək

Arktikanın aerodromlarında port və nəqliyyat yollarının mühafizəsi məqsədilə MiG-31 qırıcı-təyyarələri yerləşdiriləcək.

Publika.az-ın məlumatına görə, bu barədə məlumatı Rusiya Hava və Kosmos Hücumundan Müdafiə Qüvvələri komandanının havadan müdafiə üzrə müavini general-mayor Kiril Makarov verib. O Rusiya radiolarından birinə müsahibəsində deyib ki, qırıcıların əsas vəzifəsi ölkənin hava məkanının mümkün pozulması hallarının qarşısının alınması olacaq.

General Makarov bildirib ki, hərbi münaqişələr zamanı MiG-31 təyyarələri Şimal dənizi ilə hərəkət edən Rusiya gəmilərini mühafizə edəcək.

O əlavə edib ki, bununla yanaşı, bütün Arktika boyunca heyətsiz işləyə bilən radiolokator şəbəkəsi qurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm