Kosmodromun işçiləri aclıq aksiyasına başladı
Bizi izləyin

Dünya

Kosmodromun işçiləri aclıq aksiyasına başladı

Rusiyada “Şərq” (Vostochny) kosmodromunun 26 inşaatçısı aclıq aksiyasına başlayıb.

Publika.az-ın məlumatına görə, etirazçılar bir neçə aydır gecikən maaşlarının verilməsini tələb edirlər. İşçilərdən hər birinə borcun məbləği 100-140 min rubl arasıdır.

İşçilər aprelin 4-də səhər saat 8-dən fasiləsiz aclığa başlayıblar. Tələbnamənin bir nüsxəsini şirkətə, bir nüsxəsini yerli prokurorluq orqanlarına göndərən aksiyaçılar bəyan ediblər ki, maaşları ödənməyənə qədər etirazı dayandırmayacaqlar.

Bir müddət əvvəl kosmodrom şirkətlərinin birində – “Stroyindustriya-S” şirkətində də maaş problemi yaşanmışdı. Nəticədə martın 24-də yüzə qədər işçi etiraza qalxmışdı.

Ötən həftənin əvvəlində ümumi 14 milyon rublluq borcun cəmi yarım milyonu ödənib, pul qəfil bitib.

Dövlət büdcəsindən kosmodrom şirkətlərinə ayrılan vəsait mənbəyinə çatana qədər bir neçə vasitəçidən keçir. İndi rəhbərlik araşdırır ki, vəsait hansı mərhələdə yoxa çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm