Rusiya Ukraynaya iki yol göstərdi
Bizi izləyin

Dünya

Rusiya Ukraynaya iki yol göstərdi

Rusiya və Ukrayna arasında yenidən təbii qaz böhranı yarana bilər.

Axar.az xəbər verir ki, Rusiya tərəfi "Naftoqaz"dan Ukraynanın şərqinə verilən təbii qazın da ödənişini tələb edir.

Bildirilir ki, əgər ödəniş edilməzsə, bu məsələ məhkəmədə həllini tapacaq. Bu barədə danışan Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novak məsələnin iki şirkət arasında həll ediləcəyini bildirib:

“Bu gün həqiqətən debitor borc formalaşır. Bu məsələnin iki yolu var. Ya tərəflər ödəniş məsələsini aralarında razılaşacaqlar, ya da problem məhkəmədə həllini tapacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm