Türkiyə güclü silah hazırlayır
Bizi izləyin

Dünya

Türkiyə güclü silah hazırlayır

Türkiyə Hərbi Hava Qüvvələri “Stand off Jammer” adlı sistemlərinin hazırlanmasına start verib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.

Yeni proyekt 300 kilometrlik məsafədə təyyarələrin görülməsinə şərait yaradan bütün radarları sıradan çıxarmağa kömək edir. Nəticədə təyyarələr görünməz hala gəlir. Hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin elan etdiyi tenderdə 2 ABŞ və 2 Türkiyə firması yer alıb.

Qeyd edək ki, adı çəkilən sistemlər hazırda yalnız ABŞ və İsrail ordusunda var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm