Roma Papası müsəlmanlar üçün dua etdi
Bizi izləyin

Dünya

Roma Papası müsəlmanlar üçün dua etdi

Roma Papası Pasxa bayramı ilə bağlı bazar günü Vatikanda etdiyi çıxışında bütün dünyada tezliklə möhkəm sülhün bərqərar olmasını arzulayıb.

Vatikanda müqəddəs Petr kilsəsinin eyvanından dindarlara üzünü tutan Papa Francis dünyanın aparıcı "altılıq" ölkələrilə İran arasında baş tutmuş danışıqlarda razılığın əldə olunmasını alqışlayıb.

Roma Papası Lozanna şəhərində əldə edilmiş həmin razılığın daha təhlükəsiz və əmin-amanlı dünyaya yol açacağına ümidvar olduğunu bildirib.

Pasxa çıxışı zamanı Ropa Papası Suriya və İraqda, eləcə də Ukrayna, Liviya, Yəmən, Nigeriya, Sudan və Konqo Demokratik Respublikasında tezliklə sülhün bərqərar olması arzusu ilə dualar oxuyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm