Dünya
Yəməndə vəziyyət ağırlaşır
Yəmənin Ədən şəhərində husi üsyançıları hava hücumlarına baxmayaraq, qurudan irəliləməkdə davam edir.
Publika.az-ın məlumatına görə, üsyançılar vilayət hökumətinin baş qərargahı və qubernator ofisini ələ keçirib.
Rusiya və Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti xaricilərin evakuasiyası və mülki əhaliyə humanitar yardım çatdırılması üçün Səudiyyə Ərəbistanının başçılığı ilə hava hücumlarına ara verilməsinə çağırıb.
Rusiyanın təklifi dünən BMT-nin Təhlükəsizlik Şurasının çağırdığı təcili yığıncaqda səslənib.
İordaniyanın BMT-dəki səfiri Dina Kavar Rusiyanın təklif etdiyi qətnamənin bazar ertəsinədək təsdiqinə çağırıb.
Britaniyanın BMT-dəki səfirinin müavini Peter Uilson Yəməndə müki əhalinin tələfatına görə təəssüfünü bildirərək, Britaniyanın ərəb koalisiyasını dəstəkləyəcəyini deyib.
BMT-nin bildirdiyinə görə, son iki həftə ərzində 519 adam öldürülüb, 1700-dən çox adam yaralanıb.
ABŞ Dövlət Departamenti amerikalalara Yəmənə səyahət etməmələri barədə xəbərdarlıq verib.
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO