ABŞ səfirinin prezidentin iqamətgahına daxil olması qadağan edildi
Bizi izləyin

Dünya

ABŞ səfirinin prezidentin iqamətgahına daxil olması qadağan edildi

ABŞ səfirinə Çexiya dövlət başçısının iqamətgahı olan Praqa qəsrinə daxil olmaq qadağan edilib.

Publika.az-ın məlumatına görə, bu barədə Çexiya prezidenti Millos Zeman deyib. Prezidenti qəzəbləndirən ABŞ-ın Praqdakı səfiri Andrew Schapiro-nun Zemanın 9 may qələbə günündə Moskva səfəri ilə bağlı verdiyi şərh olub.

Zeman Amerika səfirini “cızığını keçməkdə” ittiham edib.

“Buna görə də mənim iqamətgahımın qapısı cənab Shapiro üçün bağlıdır. Mən düşünmürəm ki, Vaşiqntondakı Çexiya səfiri ABŞ prezidentinə hara səfər etməsi barədə məsləhət verə bilərdi və mən heç bir xarici səfirin mənim səfər planlarıma qarışmasına yol verə bilmərəm”, – Çexiya prezidenti deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm