Ukrayna 6 əsgər itirdi
Bizi izləyin

Dünya

Ukrayna 6 əsgər itirdi

Ukraynanın şərqində 6 əsgər öldürülüb.

Publika.az-ın məlumatına görə, hərbçilər iki ayrı-ayrı insidentdə həlak olublar. Ölkənin Daxili İşlər Nazirliyi bildirir ki, separatçıların nəzarətində olan Donetskdən 170 kilometr şimal-şərqdə Şastye şəhərində körpü üzərində hərbi maşın vurulub. Nazirlik rusiyapərəst separatçıların atəş açdığını bildirir, ancaq bu məlumatı müstəqil təsdiqləmək mümkün olmayıb, separatçılar isə təkzib edib.

Maşındakı 4 əsgər həlak olub. Onlar Xarkovdan gəlirmişdilər.

Digər əsgərlər isə Avdiyivka şəhəri yaxınlığında minaya düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm