Dünyanın ən sirli terrorçusu: 20 ildir gizli qalan təkgözlü liderin tərcümeyi-halı yayıldı - İLK DƏFƏ
Bizi izləyin

Dünya

Dünyanın ən sirli terrorçusu: 20 ildir gizli qalan təkgözlü liderin tərcümeyi-halı yayıldı - İLK DƏFƏ

Taliban lideri Molla Ömərin tərcümeyi-halı yayılıb.

Publika.az-ın məlumatına görə, 5 min sözdən ibarət tərcümeyi-hal aprelin 5-də Talibannın əsas veb-səhifəsində dərc olunub və təkgözlü ruhaninin qrup lideri kimi 19 illiyini qeyd etmək üçün açıqlandığı bildirilib.

Məlumata görə, Molla Ömər RPG-7 silahını sevir. Onun 1960-cı ildə Qəndəhar vilayətinin Xarkiz rayonunda, Çahe Himmat kəndində doğulduğu bildirilir. Ömər Hotak tayfasının Tomzi klanını təmsil edir.

Tərcümeyi-halda iddia olunur ki, Ömərin atası, Mulavi Qulam Nabi “hörmətli ictimai xadim” olub və Ömərin 5 yaşı olanda dünyasını dəyişib. Bundan sonra ailə Uruzqan vilayətinə köçüb.

O da qeyd olunur ki, Ömər mədrəsədə təhsil olub, sovet işğalından sonra oxumağı buraxıb. Ancaq indiyədək Ömərin savadsız olduğu söylənirdi.

Məlumata görə, Molla Ömər “cihadçı fəalları diqqətlə izləyir və yoxlayır, ancaq özü də mütəmadi olaraq düşmən tərəfdən izlənir”.

Qeyd edık ki, 20 ilə yaxındır Talibanı idarə edən Molla Ömərin tərcümeyi-halı ilk dəfə yayılır. 13 ildir Molla Ömərin təsdiqlənmiş görüntüləri yayılmayıb. Bu arada bəziləri Ömərin sağ olmadığını düşünərərk digər silahlı qruplara qoşulmaq uçun Talibanı tərk edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm