Poroşenko Donbası Putinə təklif edib – ŞOK İDDİA
Bizi izləyin

Dünya

Poroşenko Donbası Putinə təklif edib – ŞOK İDDİA

“Rusiya prezidenti Vladimir Putin Rusiya Sənaye Sahibləri və Sahibkarlar İttifaqının rəhbərliyi ilə qapalı görüşündə bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko Donetski Rusiyaya təklif edib”.

Publika.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən “Forbes” nəşri bildirib.

Nəşrin həmsöhbətinin məlumatına görə, Pyotr Poroşenko sözügedən təklifi fevralın 11-12-də “Normandiya dördlüyü”nün Minskdə keçirdiyi danışıqların gedişatında səsləndirib.

“Poroşenko birbaşa mənə dedi: “Donbas hövzəsini götürün”. Mən ona cavab verdim: “Mənə Donbas hövzəsi lazım deyil. Əgər sizə lazım deyilsə, o halda oranın müstəqilliyini elan edəcəksiniz”, - mənbə Rusiya prezidentinin sözlərini sitat gətirib.

Görüşün digər bir iştirakçısı da bu informasiyanı təsdiqləyib. “Poroşenko Donbas hövzəsinin Rusiyanın maliyyə təminatı altına götürülməsini təklif edib. Putin bildirib ki, bu haqda söhbət yalnız o halda gedə bilər ki, Donbas hövzəsi Rusiyanın tərkibinə daxil olsun, Donbas Ukraynanın hissəsidir və bütün ödəmələr Ukrayna tərəfindən edilməlidir”, - “Forbes”in həmsöhbəti deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm