Dünya
Erməni etirafı: “Rusiya müharibədə bizi müdafiə etməyəcək”
“Ermənistan Rusiya ilə imzaladığı müqavilələrlə və Avrasiya İttifaqına girməklə xoş gələcəkdən məhrum olub”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni analitik Aykazn Qaqriyan öz köşə yazısında çıxış edib.
Onun sözlərinə görə, müharibə olacağı təqdirdə Rusiya Ermənistanı müdafiə etməyəcək:
“Ermənistan iqtisadiyyatının katastrofik vəziyyətdə olması Rusiya yönlü proyektlərə qoşulması ilə bağlıdır. Çoxları təsdiq edir ki, Rusiyanın iqtisadi-maliyyə vəziyyətinin pisləşməsi ona qarşı yürüdülən beynəlxalq sanksiyalarla bağlıdır. Bunun digər ölkələrə, o cümlədən Gürcüstana təsiri ilə bağlı söylənilənlər isə demaqogiyadır. Ona görə ki, bu ölkələrin ən azından hansısa gələcəyi var. Ermənistan Rusiya ilə imzaladığı müqavilələrlə və Avrasiya İttifaqına girməklə bu gələcəkdən məhrum olub. Rusiyanın hazırkı vəziyyəti çox güman ki, bundan sonra uzun müddət davam edəcək. İndi isə təhlükəsizliklə bağlı əsas məsələlərə müraciət edək. İqtisadi vəziyyətlə bağlı arqument olmadığına görə, Rusiya yönlü dairələr təhlükəsizlik məsələsində hələ də “müqavimət” göstərirlər. Avrasiya İttifaqına üzvlükdən sonra Ermənistan və Qarabağın “sərhədləri”ndə situasiya kəskinləşib.
Artıq qarşı tərəf yeni hərbi texnika və metodologiyadan istifadə edərək, yeni hərbi taktikaya keçib. Bu, Rusiya ilə Azərbaycanın hərbi-siyasi sferada sıx əməkdaşlığı nəticəsində mümkün olub. Ona həmçinin Ermənistanın Avrasiya İttifaqına üzvlüyü də şərait yaradıb. Bundan əlavə, Rusiya açıq şəkildə Azərbaycanla əməkdaşlığını dayandırmayacağı və müharibə olacağı təqdirdə müttəfiqini müdafiə etməyəcəyi ilə bağlı hərəkətlər edir. Bütün bunlara rəğmən, Rusiya yönlü dairələr hələ də rusların bizi qoruyacağı məsələsində təkid etməyə davam edirlər”.
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı