Əsəd türkmən bölgəsinə hücum edib
Bizi izləyin

Dünya

Əsəd türkmən bölgəsinə hücum edib

Suriyada Bəşər Əsəd gücləri Lazkiye çölündə türkmən kəndlərinə hücum edib.

Publika.az “Anadolu” agentliyinə istinadən verir ki, rejimə bağlı güclər müxalifətin nəzarətində olan Bayırbucak türkmən bölgəsini raketlərlə atəşə tutub.

Murtlu, Gebelli, Kepir və Göğdağ kəndlərini hədəf alan hücumların bütün gecə davam etdiyi bildirilir. Bölgədəki partlayış səsləri Türkiyənin Hatay vilayətinin Yayladağı mahalında sərhədə yaxın ərazilərdən də eşidilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm