Avstraliyada anti-islam yürüşü əlbəyaxa davalarla nəticələndi – VİDEO
Bizi izləyin

Dünya

Avstraliyada anti-islam yürüşü əlbəyaxa davalarla nəticələndi – VİDEO

Avstraliyanın bir çox şəhərində anti-islam aksiyaları təşkil edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, aksiyaların bir çoxu qalmaqalla nəticələnib.

Brisben şəhərində islam əleyhdarları ilə onların yürüşünə mane olmaq istəyən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri arasında baş verən qarşıdurma əlbəyaxa davalarla müşayiət olunub. Vəziyyət yalnız polisin müdaxiləsindən sonra sakitləşib.

Qeyd edək ki, Avstraliyada islama qarşı heç də yaxşı olmayan münasibət ötən ilin dekabrında Sidneydə silahlı şəxsin kafe işçilərini girov götürməsindən sonra daha da pisləşib. Əslən İrandan olan bir müsəlmanın Avstraliyanın ən böyük şəhərində insanları girov götürməsi 3 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm