İŞİD kimyəvi silahdan məhrum oldu: mütəxəssis öldürüldü - FOTO
Bizi izləyin

Dünya

İŞİD kimyəvi silahdan məhrum oldu: mütəxəssis öldürüldü - FOTO

İŞİD terror təşkilatı üçün xlor qazından kimyəvi bombalar hazırlayan Əli Kərim adlı təşkilat üzvünün Kərkükün Havice əyalətində öldürüldüyü məlum olub.

Publika.az-ın məlumatına görə, bu barədə Havice Yüksək Məclisinin üzvü Kamal Abdulla Cənabi “Media” xəbər agentliyinə bildirib.

Kamal Abdulla Cənabi öldürülən İŞİD üzvünün Tikritin nəzarətə götürülməsindən sonra Haviceyə qaçdığını söyləyib. Onun sözlərinə görə, 49 yaşlı terrorçu İŞİD-də ən peşəkar kimyəvi bomba hazırlayan olub.

Xatırladaq ki, İŞİD bir müddət öncə Peşmərgə qüvvələrinə qarşı kimyəvi xlor qazından istifadə edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm