Poroşenkodan federallaşma tərəfdarlarına son söz
Bizi izləyin

Dünya

Poroşenkodan federallaşma tərəfdarlarına son söz

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin federallaşmasını istəyənlərə ünvanlanan növbəti mesajını göndərib.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, dövlət başçısı Ukraynanın unitar dövlət olaraq qalacağını bildirib.

Poroşenkonun sözlərinə görə, Ukraynada dövlətin idarə olunmasının unitar modelinin tərəfdarları çox güclüdür. O, unitar modelin tərəfdarlarının təxminən 90 faiz olduğunu deyib.

“Demərkəzləşdirmənin federallaşma ilə heç bir əlaqəsi yoxdur. Ukrayna unitar dövlət olub və əminəm ki, unitar dövlət kimi qalacaq. Biz daim ictimai rəyi öyrənirik. Sizi inandıra bilərəm ki, son bir il ərzində cəmiyyətin unitar modelə dəstəyi çox güclüdür. Bu, hazırda 90 faizə yaxınlaşır”, - Poroşenko vurğulayıb.

Eyni zamanda, prezident qeyd edib ki, Ukraynanın dövlət quruluşu ilə bağlı sualı referenduma çıxarmağa hazırdır: “Kimlər ki ölkənin federallaşmasını istəyir, bunun üçün bizdə son alət – referendum var. Biz bu məsələ ilə bağlı referendum keçirməyə hazırıq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm