• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hansı daha təhlükəlidir - Ukraynanın oliqarx, yoxsa Rusiya problemi?

  • Dünya
  • 6 Aprel 2015 21:48
  • 351 Baxış
Hansı daha təhlükəlidir - Ukraynanın oliqarx, yoxsa Rusiya problemi?

Böyük Britaniyanın “The Guardian” qəzetinin siyasi müşahidəçisi Timoti Karton Eş Ukraynanın gələcəyi ilə bağlı fikirlərini bildirib.

Publika.az xəbər verir ki, siyasi müşahidəçi müharibəsiz belə Ukraynada dəyişikliklərin çox çətin olduğunu deyib.

Onun fikrincə, korrupsiya və oliqarxların özbaşınalığı Ukraynanın dövlət olaraq möhkəmlənməsində ən böyük problemlərdəndir: “Ukraynanın maliyyə nazirinin müavini bildirib ki, ölkə iqtisadiyyatının 60 faizi “boz” və “qara” sektorlardadır. Kiyevdə 20 min küçə kioskundan yalnız 6 mini qeydiyyatdadır və vergi ödəyirlər. Digərlərinə isə prokurorluğun işçiləri, polis və hakimlər nəzarət edir. Korrupsiya dövlətin damarlarından axır və Ukraynanı zəhərləyir”.

Britaniyalı siyasi müşahidəçi hesab edir ki, “boz” və “qara” sxemlərin zirvəsində regional qalalara malik olan oliqarxlar dayanır: “Onlar şəxsi maraqların müdafiəsi üçün Ali Radada deputatların bloklarını təmsil edən siyasi partiyaları maliyyələşdirirlər. Düşünmək sadəlövhlükdür ki, onlar məmurları tabeliyində saxlamırlar. Bir neçə oliqarxın həmçinin “şəxsi təhlükəsizlik gücləri” var. Dəyişikliklərə necə nail olmaq lazımdır? Hazırda korrupsiyaya qarşı müstəqil idarənin yaradılması planlaşdırılır. Amma bəzi güclər idarənin yaradılmasına müqavimət göstərir. Məsələn, qadın deputatlardan biri deyib ki, onu hədələyirdilər”.

Britaniyalı siyasi müşahidəçi hesab edir ki, Ukrayna üçün daha bir problem Rusiya rəhbərliyidir: “Anlamaq lazımdır ki, Putin yalnız Şərqi Ukraynadakı “dondurulmuş münaqişə” ilə kifayətlənməyəcək. Rusiya istəyir ki, münaqişə böyüsün, bütün Ukrayna zəif və qeyri-stabil olsun. Avropalıların işi Rusiyaya bu məqsədə çatmasına mane olmaqdır. Bunun üçün isə ukraynalılara Ukraynanın qurulmasında kömək etməkdir, qalanı isə onların öz əllərindədir”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR