147 nəfərin ölüm görüntüləri yayıldı - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
Bizi izləyin

Dünya

147 nəfərin ölüm görüntüləri yayıldı - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN

Aprelin 2-də Keniyada Qarissa Universitetində törədilən terror aktının görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərlə terror aktının dəhşətli nəticələri yer alıb. Ürəyi zəyif olanların şəkillərər baxmaması tövsiyə olunur.

Xatırladaq ki, terror aktı aprelin 2-də həyata keçirilib. “Əş-Şəbab” qruplaşması tərəfindən törədilən terror aktı nəticəsində 147 nəfər ölüb. Bu hadisə ölkə tarixində 1998-ci ildə ABŞ səfirliyinin partladılmasından sonra ən böyük insan itkisi ilə nəticələnən terror aktı hesab olunur. Binanın daxilində və ətrafında baş tutan atışma azı 15 saat davam edib və hücumu təşkil edilən 4 terrorçu öldürülüb.

“Əş-Şəbab” qruplaşması dünən yeni terror aktlarının törədiləcəyi barədə xəbərdarlıq edib. Qruplaşma Keniyanın bir sıra şəhərlərində analoji hücumların həyata keçiriləcəyini bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm