Tehran: “Yəməndəki əməliyyatlardan yalnız o ölkə qazanacaq”
Bizi izləyin

Dünya

Tehran: “Yəməndəki əməliyyatlardan yalnız o ölkə qazanacaq”

İranın xarici işlər nazirinin köməkçisi Hüseyn Əmir Abdullahiyan Yəməndə həyata keçirilən əməliyyatlarla bağlı Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, İranın İSNA agentliyinə danışan Abdullahiyan Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiyanın həyata keçirdiyi hərbi əməliyyatların bölgədəki terroru gücləndirən strateji səhv olduğunu bildirib.

“Yəməndə və bölgədə terrorun yayılmasına kömək edən Səudiyyə Ərəbistanın da təhlükəsizliyi təhdid altındadır. İslam dünyasının düşmənləri Səudiyyəni Yəməndəki döyüşə çəkməklə Liviyaya çevirmək və islam ölkələrini bir-birinə qırdıraraq zəiflətmək niyyətindədirlər”, - iranlı diplomat deyib.

Abdullahiyan bölgədəki qeyri-sabit vəziyyətdən yalnız İsrailin qazanacağını qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm