Dünya
Poroşenko razılığı pozdu
Ukrayna prezidenti Petro Poroşenko regionlara daha geniş siyasi səlahiyyətlərin verilib-verilməməsi üçün referenduma hazır olduğunu deyib.
ANS PRESS-in məlumatına görə, buna baxmayaraq Poroşenko
ukraynalıların çoxunun unitar dövlətin saxlanmasına səs verəcəyinə
əmin olduğunu əlavə edib.
Poroşenko Ukrayna konstitusiyasına dəyişikliklər üzərində işləyən
parlament komissiyasının üzvlərinə deyib ki, ölkənin dövlət
strukturu ilə bağlı referendum yalnız komissiya bunun zəruri
olduğunu hesab etdiyi təqdirdə keçirilə bilər.
Bununla belə, prezident Poroşenko bildirib ki, sorğulara əsasən,
Ukrayna əhalisinin 90 faizi unitar modelə dəstək verir.
Rusiya tərəfdarı separatçılar keçən ilin may ayında Ukraynanın
şərqində Donetsk və Luqans bölgələrində “xalq respublikaları” elan
etdikdən sonra ölkənin bu regionlarında referendum keçirib. Rəsmi
Kiyev səsvermənin nəticələrini tanımayıb.
Prezident Poroşenko eyni zamanda bildirib ki, ölkənin yeganə rəsmi
dili Ukrayna dili olmalıdır və əhalinin üçdə iki hissəsi bunu
dəstəkləyir.
Rusiya "İnterfaks" agentliyinin verdiyi məlumata görə, Donetsk Xalq
Respublikasının rəsmisi Andrey Purqinin Poroşenkonun Ukraynanın
unitar dövlət kimi saxlanılması və Ukrayna dilinin rəsmi dövlət
olduğuna dair bəyanatlarını tamamilə qəbuledilməz adlandıraraq,
bunun bu ilin əvvəli Kiyev və separatçılar arasında əldə edilmiş
atəşkəsə dair razılıqla ziddiyyət təşkil etdiyini deyib.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO