• USD 1,7002 0,00% EUR 2,0070 0,00%
    • GBP 2,2488 0,00% RUB 0,0285 0,00%

1500 miqrant xilas edilib

  • Dünya
  • 7 Aprel 2015 06:41
  • 353 Baxış
1500 miqrant xilas edilib

İtaliya sahil mühafizə xidməti Aralıq dənizi vasitəsilə bu ölkəyə keçmək istəyərkən təhlükə ilə üzləşən 1500 miqrantı xilas edib.

İtaliyaya keçməyə çalışan miqrantlarla dolu 5 gəmidən 3-ü daha böyük təhlükə ilə qarşılaşıb. 24 saat ərzində aparılmış əməliyyatlar zamanı xilas edilmiş miqrantlar İtaliyanın Lampeduza adasına və Siciliya limanlarına aparılıb.

Qeyd edək ki, ötən il İtaliya vasitəsilə Avropa ərazisinə 170 min miqrant daxil olub. Onların əksəriyyəti Liviyadan gələnlərdir. 3000-dən artıq miqrant isə Avropaya keçməyə cəhd göstərərkən həyatını itirib. Rəsmilər bu ilin ilk aylarında Avropaya miqrant axınının 43 faiz artdığını bəyan ediblər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>