Keniya terrorçuların mövqelərini bombaladı
Bizi izləyin

Dünya

Keniya terrorçuların mövqelərini bombaladı

Keniyanın qırıcı təyyarələri Somali ilə həmsərhəd bölgədə ekstremist islamçı Əş-Şəbab qruplaşmasının mövqelərinə raket zərbələri endirib.

Pubika.az-ın məlumatına görə, hərbi təyyarələr Gedo rayonunda qruplaşmaya məxsus iki düşərgəni hədəfə alıb.

Keniyanın ilk dəfə olaraq hava zərbələrinə əl atmasına səbəb bu qruplaşma tərəfindən ötən həftə Qarissa Universitetinə basqın edərək 148 nəfəri qətlə yetirməsi olub.

Prezident Uhuru Kenyatta bu basqından sonra cihadçılara “ən sərt şəkildə cavab veriləcəyini” vəd etmişdi.

Hərbi mənbələr sözü gedən iki düşərgənin tamamilə dağıdıldığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm