“İŞİD yox olmağa doğru gedir” – Əməliyyatın vaxtı təyin olundu
Bizi izləyin

Dünya

“İŞİD yox olmağa doğru gedir” – Əməliyyatın vaxtı təyin olundu

İraqın baş naziri Heydər əl-İbadi Ərbildə İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransı təşkil edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İraq baş naziri Mosul şəhərinin xilası üçün əməliyyat tarixinin təyin olunduğunu və İŞİD terror təşkilatının məhv ediləcəyini söyləyib.

Əl-İbadi Mosul əməliyyatının nə vaxt başlayacağına dair jurnalistlərin sualına cavab olaraq əməliyyatın başlama tarixinin təyin olunduğunu, ancaq bunu açıqlamağın düzgün olmayacağını deyib. “Əməliyyatın başlanması bəzi faktorlarla bağlıdır. Tikritdə olduğu kimi düşmənin cəsarətini qırmaq istəyirik. Mosuldakı xalqla da davamlı olaraq görüşürəm. Oradakı bəzi qruplar da əməliyyatın başlanmasını gözləyirlər. Əməliyyat başlayan kimi onlar da bizə dəstək verəcək. Mosulun azad edilməsində şəhər əhalisinin əhəmiyyətli bir rolu olacaq”, - baş nazir vurğulayıb.

İŞİD-in geri çəkildiyi və məhv olmağa doğru getdiyini dilə gətirən əl-İbadi təşkilatın artıq gözlənilən müqaviməti göstərə bilmədiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm