Dövlət bayrağının yerləşdiyi qüllə partladıldı
Bizi izləyin

Dünya

Dövlət bayrağının yerləşdiyi qüllə partladıldı

Xarkov şəhərinin mərkəzində naməlum şəxslər üzərində dövlət bayrağının yerləşdiyi qülləni partladıblar.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin prokurorluğundan bildirilib.

Hadisə gecə saatlarında baş verib. Prokurorluğun məlumatına görə, qüllə hələlik naməlum olan partlayıcı ilə partladılıb. Partlayış nəticəsində qüllənin bünövrə hissəsinə zərər dəyib. Həmçinin, ilkin informasiyaya görə, yaxınlıqda yerləşən Tibb Universitetinin korpusunda pəncərələrin şüşələri sınıb.

Hadisə ilə bağlı istintaq aparılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm