• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sarkisyan 24 aprel öncəsi repressiyalara başladı

  • Dünya
  • 7 Aprel 2015 14:38
  • 364 Baxış
Sarkisyan 24 aprel öncəsi repressiyalara başladı

Ermənistanın “Təsisedici parlament” təşkilatının koordinatoru, müharibə veteranı Jirayr Sefilyan saxlanılıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə “Təsisedici parlament” təşkilatının katibliyindən bildirilib.

Məlumata görə, hərəkatın nümayəndələri Varujan Avetisyan, Pavel Sefilyan (Jirayr Sefilyanın qardaşı), Karo Yeqnukyan və Pavel Manukyan polisə aparılıb. Adıçəkilən şəxslərin mənzillərində axtarış aparıldığı bildirilir. Ermənistan Xüsusi İstintaq Komitəsi və polis əməkdaşlarının isə səhər saatlarında təşkilatın ofisində axtarış apardığı xəbər verilir.

Xüsusi İstintaq Komitəsinin iddiasına görə, adıçəkilən şəxslər qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü ilə bağlı aprelin 24-də keçiriləcək tədbirlərdə kütləvi qarışıqlıq yaratmağı planlaşdırıblar.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR