ŞOK: Son 3 ayda ABŞ polisi 292 nəfəri öldürüb – FOTOLAR
Bizi izləyin

Dünya

ŞOK: Son 3 ayda ABŞ polisi 292 nəfəri öldürüb – FOTOLAR

Bu ilin əvvəlindən indiyədək ABŞ-da 292 nəfər polis tərəfindən öldürülüb.

Publika.az-ın məlumatına görə, bu barədə xəbəri “Əl-Cəzirə” telekanalı yayıb. Məlumata görə, təkcə 2015-ci ilin mart ayında ABŞ-da 111 nəfər polis zorakılığının qurbanı olub.

Telekanal ABŞ-da polis tərəfindən öldürülən şəxslərin sayını Böyük Britaniya ilə də müqayisə edib: “Mart ayında ABŞ-da polis tərəfindən öldürülən 111 nəfər İngiltərədə 1900-cü ildən bəri öldürülənlərin sayından çoxdur. Öldürülən şəxslərin əksəriyyəti isə qaradərili və Latın Amerikasından olanlardır. Bütün bunlar isə ABŞ-da irqçiliyə qarşı inkarolunmaz və açıq-aşkar mübarizənin olduğunu bir daha göstərir. Ona görə də son vaxtlar ABŞ-da hökumətin irqçiliyə qarşı zorakılığına etiraz aksiyalarının sayı artmaqdadır”, - məlumatda deyilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm