Rusiyada atom sualtı qayığı yanır – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Rusiyada atom sualtı qayığı yanır – SON DƏQİQƏ

Rusiyanın Severdvinsk şəhərində yerləşən “Ulduz” gəmi təmiri zavodunda “Qartal” atom sualtı qayığı yanır.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, yanan hissə atom sualtı qayığın anbar hissəsidir.

Müəssisədən bildiriblər ki, hazırda sualtı qayığın reaktoru üçün heç bir təhlükə yoxdur. Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər cəlb olunub.

“Qartal” K-266 atom sualtı raket kreyseri Şimal donanmasının sualtı gəmilərinin 11-ci diviziyasının tərkibinə daxildir. Kreyser 1992-ci ilin dekabrında donanmanın istismarına verilib. “Qartal” K-266 “Antey” 949A layihəsinə aiddir. Sututarı 24 min ton olan kreyser 24 ədəd “Qranit” P-700 gəmi əleyhinə raketlə təchiz edilib. NATO donanmalarının təyyarədaşıyan qruplara zərbələrin vurulması bu tipin qayıqlarının əsas təyinatıdır. Qayıq Severdvinskdə 2013-cü ildən təmirdədir. Təmirin 2016-cı ilə qədər davam edəcəyi deyilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm