Fransız senator intihar etdi
Bizi izləyin

Dünya

Fransız senator intihar etdi

Fransanın Tur şəhər bələdiyyəsinin başçısı olduğu dövrdə sui-istifadə hallarına yol verdiyi üçün mühakimə olunan sosialist senator Jean German evinin yaxınlığında ölü tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dünənki məhkəmə iclasına gəlməyən senatorun intihar etdiyi təxmin edilir.

Senatorun evində və avtomobilində tapılan iki məktubda “mənə qarşı sistemli siyasi cadugər ovuna dözə bilmirəm və sizlərə vida edirəm” yazıldığı bildirilir. Keçmiş bələdiyyə başçısının adı 700 min avroluq yeyintidə hallanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm