Əfqanıstan bu gün - DÜNYAYA İBRƏT FOTOLAR
Bizi izləyin

Dünya

Əfqanıstan bu gün - DÜNYAYA İBRƏT FOTOLAR

Əfqanıstan bu gün - DÜNYAYA İBRƏT FOTOLAR

İran əsilli fotoqraf Məcid Səidi Yaxın və Orta Şərqdəki hadisələri sənədləşdirməklə məşğuldur. Bu səfər isə o, müharibədən sonrakı Əfqanıstanı lentə alıb. 2010-2013-cü illərdə Əfqanıstanda çəkilmiş şəkillər “World Press Photo” mükafatına layiq görülüb.

  1. Müharibənin təsiri

35 ildir Əfqanıstan ərazisindən müharibə əskik olmur. Sovet qoşunlarının Əfqanıstana daxil olmasından başlayaraq İSAF əməliyyatının bitməsinə qədər olan müharibənin təsirləri hər yerdə özünü göstərməkdədir. Bu təsirləri sadə əfqanların da həyatında görmək olar. Məsələn, bu köhnə sovet tankı kəndlinin tarlasında dayanıb.

  1. Taleyin zərbəsi

Əkrəm zibilxanadan dəmir qırıntıları yığarkən hər iki əlini itirib. Uşaq təsadüfən açıq qalmış elektrik məftilinə toxunub. Çoxsaylı yaralar ucbatından həkimlər onun hər iki əlini kəsməli olub. Beynəlxalq Qırmızı Xaç təşkilatı Əkrəmə protez almaqda yardım edib.

  1. Əlsiz həyat

8 yaşlı Əkrəmin hər iki əli yoxdur. Axşamlar yatarkən protezlərini çıxardıb divardan asır.

  1. Oyuncaq deyil

6 yaşlı Mina və rəfiqəsi Əkrəmin protez əlləri ilə oynayarkən.

  1. Müharibədən sonrakı həyat

Binalar qədər insanlar da müharibəni pis xatırlamır. Uşaqlar Kabilin mərkəzi küçələrində oynayarkən.

  1. Narkotik maddələrdən asılı olan uşaqlar

Dünya tiryəkinin 90%-i Əfqanıstanda hazırlanır. Narkotiklərin istehsalı və istifadəsi ölkənin ən böyük problemlərindən biridir. BMT-nin hesablamasına görə 300,000 əfqan uşağı narkotik maddələrin aludəçisi ola bilər. Lakin bu haqda dəqiq məlumatlar yoxdur.

  1. Əfqan polisi

Kabildə polis akademiyasının səhər cərgəsi. Alman hərbi silahlı qüvvələri 10 il əfqan polisinə təlim keçib çünki 2014-cü ilin sonları üçün beynəlxalq güc koalisiyasının Əfqanıstanı tərk etməyi nəzərdə tutulur.

  1. Əhalinin üçdə biri savadsızdır

35 illik müharibə nəinki şəhərləri, insanların həyatını dağıdıb həmçinin, təhsil sistemini də məhv edib. 2011-ci ildə aparılmış təhqiqatlar nəticəsində məlum olub ki, əfqan kişilərinin 72%-i, qadınların isə 93%-i orta məktəbi bitirmək haqqında şəhadətnamə almayıb. Əhalinin 70%-dən çoxunda yazma və oxuma qabiliyyəti yoxdur.

  1. Məcburi fənn

Son dərəcə diqqət və tamamilə sakitlik: Qəndəharda dini məktəbdə oğlanlar Quran öyrənir.

  1. Əfqansayağı pedaqogika

Herat şəhəri. Müəllim dərsdə şagirdə dini tərbiyə verir. Əfqanıstanda ümumi məktəb təhsil sistemi demək olar ki, yoxdur. Bir çox uşaqlar isə ailəsini dolandırmaq üçün dərsə getmir və ya məktəbi atır.

  1. Niqab və “Barbi”

Əfqan qadınları gəlincik düzəltməyi öyrənir. Malayziyadan olan qeyri-kommersiya təşkilatı kurslar təşkil edir və 80 qadın maliyyə asılılığından azad olmaq üçün peşəkar səriştə əldə edir.

  1. Osama üçün intiqam

Qəndəharda xəstəxana. 2011-ci ilin mayın 2-də Pakistanda Osama Ben Laden məhv edilib. Mayın 11-i isə taliblər bir sıra terror aktları törətdilər və nəticədə də, 4 insan öldü və 35 nəfər isə yaralandı.

  1. Bədən ayini

Yarışdan sonra əfqan atleti dincəlir. Taliblərin vaxtında idman növləri qadağan olunub. Bu gün isə idman yenidən ölkədə populyarlıq qazanır.

  1. Quduz itlər

Xoruz və ya it döyüşləri bir çox ölkələrdə keçirilir. Əfqanıstanda bu kimi mənzərələrdə ənənəvi olaraq

yüzlərlə insan iştirak edir.

  1. Qəfəs içində dəlilik

Əfqanıstanda psixi xəstəlikdən əziyyət çəkən insanlar cəmiyyətdən uzaqlaşdırılaraq alçaldıcı vəziyyətdə saxlanılır. Heratdakı psixi dispanserdə saxlanılan xəstələr bir-birinə zəncirlənir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm