Ermənistanda müxalifət liderlərinin evində axtarış aparılıb
Bizi izləyin

Dünya

Ermənistanda müxalifət liderlərinin evində axtarış aparılıb

Aprelin 24-də xalqı hökumət əleyhinə mitinqə çağıran Ermənistanın müxalifət liderinin evində axtarış aparılıb.

Publika.az xəbər verir ki, müxalifətdə olan Təsis Parlamenti aprelin 24-də, Ermənistanın iddia etdiyi “erməni soyqırımı”-nın 100 illiyində ölkədə kütləvi etirazlar təşkil etmək fikrindədir. Təhlükəsizlik xidməti tədbirin qarşısının alındığını bildirib.

Təsis Parlamentinin fəalları hərəkatın Qafan və Gümrüdəki liderlərinin də polisə çağrıldığını deyiblər. Onların sözlərinə görə, polis hərəkatın Gümrüdəki ofisi və liderlərinin Yerevandakı evlərində axtarış aparıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm