Moskva Afinaya ucuz qaz və sərfəli kredit təklif edə bilər
Bizi izləyin

Dünya

Moskva Afinaya ucuz qaz və sərfəli kredit təklif edə bilər

Bu gün Yunanıstanın baş naziri Alexis Tsiprasın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir.

Publika.az-ın məlumatına görə, Yunanıstan liderinin Rusiyaya qarşı beynəlxalq sanksiyaları pisləməsi və bu ölkənin maliyyə böhranı ətrafında yaranmış vəziyyətə görə, səfər diqqətlə izlənəcək.

Tsipras səfər ərəfəsində Ukrayna böhranına görə Rusiyaya qarşı sanksiyaların nəticə verməyəcəyini deyib.

Tsipras həmçinin bildirib ki, Avropa Birliyinin üzvü olan Yunanıstan Qərblə Rusiya arasında körpü ola bilər.Qeyd edək ki, yeni Yunanıstan hökuməti Avropa Birliyinin Afinaya ayırdığı maliyyə yardımının şərtləri ilə razılaşmır.

Kremlin sözçüsü Dimitri Peskov bildirib ki, Moskva görüşündə Yunanıstanın borc məsələsinə də toxunula bilər.

Kommersant qəzeti Rusiya hökumətindəki mənbələrə istinadla yazır ki, Moskva Yunanıstana qaz və yeni kredit verilməsində küzəştli qiymət təklif edə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm