Microsoft autizmli şəxslərə iş verəcək
Bizi izləyin

Dünya

Microsoft autizmli şəxslərə iş verəcək

2 aprel, Ümumdünya Autizm Günündən sonra Microsoft şirkəti autizmli şəxsləri sevindirəcək bir açıqlama yayıb.

Publika.az-ın məlumatına görə, şirkət autizmli xəstələri iş həyatına cəlb etmək üçün pilot layihəyə başlayır. Layihə çərçivəsində autizmdən əziyyət çəkən şəxslərin Microsoftun New York-dakı ofisində işlə təmin olunması planlaşdırır.

Şirkət prezidentinin müavini Mari Ellen Smith bildirib ki, hər bir fərdin özünəməxsus potensialı var, o cümlədən autizmli adamların. Onun sözlərinə görə, belə şəxslərin güclü tərəflərinə, onların sahib olduqları bacarıqlara Microsoft-da ehtiyac var.

Allen Smith əmindir ki, özünəməxsus işçilərlə uğurlu layihələri həyata keçirə biləcək, yeni məhsullar, xidmətlər hazırlayacaqlar.

Şirkətin bu addımından sonra başqa iri şirkətlərin də bənzər layihələr ortaya qoyacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm