Putinin dəvətindən imtina etdi
Bizi izləyin

Dünya

Putinin dəvətindən imtina etdi

Çernaqoriya Prezidenti Filip Vuyanoviç də Rusiya Prezidenti Vladimir Putinin dəvətindən imtina edib.

Axar.az xəbər verir ki, Moskvada Vuyanoviç mayın 9-da faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı keçiriləcək olan tədbirə dəvət edilmişdi.

Vuyanoviç 9 may günü Çernoqoriyanın Podqoritsa şəhərində II dünya müharibəsinin başa çatması ilə bağlı keçiriləcək olan tədbirdə iştirak edəcək.

Qeyd edək ki, Kremlin dəvətindən ABŞ Prezidenti Barak Obama, Fransa Prezidenti Fransua Olland, Böyük Britaniya Baş naziri Devid Kemeron və bir çox ölkələr imtina edib. Almaniya kansleri Angela Merkel əvvəlcə dəvətdən imtina etsə də, sonradan dəvəti qəbul etdiyini bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm