8 İran sərhədçisi öldürülüb
Bizi izləyin

Dünya

8 İran sərhədçisi öldürülüb

İran və Pakistan sərhədində təşkil edilən hücumda 8 iranlı hərbçi həyatını itirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hücum İranın cənub-şərqindəki Sistan Bəlucistan vilayətinin Pakistanla sərhədində təşkil edilib.

Pakistandan İrana keçməyə çalışan silahlılar ilə iranlı sərhədçilər arasında baş verən qarşıdurmada 3 silahlı ölü olaraq ələ keçirilib. Sağ qalan digərləri isə Pakistan tərəfinə keçib.

Hücuma görə məsuliyyəti İrandakı sünni əhalinin hüquqlarını qoruduğu iddiası ilə 2003-ci ildən bu yana İranda hücumlar təşkil edən “Ceyşu'l Adl” adlı təşkilat üzərinə götürüb. Təşkilatın xarici kəşfiyyat orqanları tərəfindən dəstəkləndiyini iddia edən İran Pakistanı sərhəd təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm