Türkiyədə tutulan agent 9 il BBC-də işləyib - İDDİA
Bizi izləyin

Dünya

Türkiyədə tutulan agent 9 il BBC-də işləyib - İDDİA

Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatına qarşı Türkiyədə təşkil olunan əməliyyatda həbs olunan İngiltərə vətəndaşı Stefan Kaçinski 9 il BBC-də çalışıb.

Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “Times” qəzeti yazıb.

Polşa əsilli 52 yaşındakı Kaçinskinin İngiltərənin BBC telekanalında 9 il işlədiyini və daha sonralar müstəqil jurnalist olaraq bir çox media qurumları ilə əməkdaşlıq etdiyini qeyd edən “Times” onun 1990-cı illərin sonlarından Türkiyə barəsində məqalələr qələmə aldığını yazıb. Qəzet Kaçinskinin 9 il BBC-də işlədikdən sonra “BBC-nin müstəmləkəçi bir təşkilat olduğu”nu iddia edərək 1998-ci ildə istefa verdiyini bildirib.

İddiaya görə, Almaniya kəşfiyyatı BND-nin agenti olan Stefan Kaçinski DHKP-C və BND arasında vasitəçilik edib. Kaçinskinin terror təşkilatına maliyyə dəstəyi təmin etdiyi bildirilir. Fevralın 6-da İstanbula gələn Kaçinski Avropa ölkələrindən aldığı çox miqdarda maliyyə vəsaitini terrorçulara ötürüb. Türk kəşfiyyatının araşdırması zamanı Kaçinskinin pulları DHKP-C-nin Yunanıstan və Bolqarıstanda terrorçuların düşərgələrinə başçılıq edən şəxslərə verdiyi məlum olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm