Snoudenə gizlicə heykəl qoydular
Bizi izləyin

Dünya

Snoudenə gizlicə heykəl qoydular

ABŞ-da iki heykəltəraş Nyu-Yorkda yerləşən “Fort Green” parkında gizli şəkildə Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş agenti Edvard Snoudenin büstünü ucaldıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bundan xəbər tutan park işçiləri və polis əvvəl büstün üstünü örtüb, daha sonra isə onu parkdan götürüblər.

Təxminən 1,2 metr hündürlüyündə olan bürünc büst ABŞ-ın müstəqilliyi uğrunda müharibə zamanı ingilis gəmilərində həyatını itirən təxminən 11 min amerikalı müharibə əsirinin xatirəsinə ucaldılan heykəl formasında hazırlanıb. Heykəltəraşların öz hesabına hazırladığı büst təxminən 6 aya hazır olub.

Qeyd edək ki, Snouden ABŞ-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi dinləmələrlə bağlı sənədləri mətbuata sızdırıb. Rusiyada sığınacaq istəyən Snoudenin bu ölkədə yaşamaq üçün 3 illik icazəsi var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm