ABŞ polisi qaradərili vətəndaşı öldürdü - VİDEO
Bizi izləyin

Dünya

ABŞ polisi qaradərili vətəndaşı öldürdü - VİDEO

Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina ştatında polis qaradərili vətəndaşı atəş açaraq öldürüb.

Şimali Çarlston şəhərində baş vermiş hadisə həvəskar kadrlarda öz əksini tapıb.

Kadrlarda öldürülən şəxs olan Uolter Skotun polisdən qaçmağa çalışdığı görülür.

Lakin polis Maykl Sleqer dərhal silahına əl ataraq ona arxadan bir neçə dəfə atəş açır. Qaradərili 50 yaşlı şəxs elə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı istintaq araşdırması başladılıb. Polis Sleqer həbs olunub.

Məlumata görə, polis Skotun avtomobilində arxa işıqlardan birinin zədələnməsi ilə əlaqədar onu saxlayıb. Bir qədər sonra məsələ tərəflər arasında mübahisəyə çevrilib. (ans)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm