Afina yenə qarışdı: “Həbsxanalar yandırılsın”
Bizi izləyin

Dünya

Afina yenə qarışdı: “Həbsxanalar yandırılsın”

Yunanıstanın paytaxtı Afina yenidən qarışıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, paytaxt sakinləri həbsxanalarda aclıq aksiyası keçirən məhbuslara dəstək məqsədi ilə küçələrə çıxıb.

Şəhərin mərkəzindəki Afina Universiteti qarşısında toplanan təxminən min nəfərlik qrup hökumət əleyhinə şüarlar səsləndirərək parlamentə qədər yürüş edib. Parlament qarşısında dayanan nümayişçilər “Həbsxanalar yandırılsın” və “Demokratiyaya müharibə” şəklində şüarlar səsləndirib.

Daha sonra Texniki Universitet qarşısında toplanan təxminən 100 nəfərlik qrup Sturnaras Prospektində barrikadalar quraraq avtomobilləri və zibil qutularını yandırıb. Polis aksiyaları dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombalarından istifadə edib.

Yunanıstanda “F” tipli həbsxanaların bağlanmasını və həbsxanalarda aclıq aksiyası keçirən məhkumların azad olunmasını tələb edən iqtidar əleyhdarları daha əvvəl də parlamentin həyətinə daxil olaraq nümayiş keçirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm