Ermənistan son ehtiyatları xərcləyir: VALYUTA TÜKƏNİR
Bizi izləyin

Dünya

Ermənistan son ehtiyatları xərcləyir: VALYUTA TÜKƏNİR

Ermənistan Mərkəzi Bankının ölkənin valyuta ehtiyatları haqqında məlumatı ölkədə təşviş yaradıb.

Publika.az xəbər verir ki, Ermənistanın “Aykakan jamanak” qəzeti bankın məlumatını analiz edərək ölkənin valyuta ehtiyatlarının tezliklə tükənəcəyini yazıb.

Mərkəzi Bankın arayışında bildirilir ki, bu il aprelin 1-dək valyuta ehtiyatı 1 milyard 491 milyon dollar olub. 2014-cü ildə bu rəqəm iki milyard dollar olub. Avropa İttifaqının Ermənistana verdiyi 500 milyon dollarlıq kreditin 300 milyon dolları da beynəlxalq valyuta ehtiyatına yönəldilib.

“İlk baxışdan, bu, xoş xəbərdir. Amma məsələ ondadır ki, son il ərzində ölkənin ehtiyatları mütəmadi olaraq azalıb. Belə ki, 2 milyard dollar olan valyuta ehtiyatı azalaraq 1,26 milyard dollar təşkil edib. Amma mart ayında valyuta ehtiyatları birdən-birə 230 milyon dollar artıb. Ancaq məlum olur ki, bir neçə həftə əvvəl Avropa İttifaqı vasitəsilə cəlb edilən 500 milyon dollar kreditdən 300 milyon dollar beynəlxalq valyuta ehtiyatlarına yönəldilib. Amma valyuta ehtiyatlarının artımı yalnız 230 milyon təşkil edib. Sadə hesablama göstərir ki, ölkənin beynəlxalq valyuta ehtiyatlarından bir ay ərzində 70 milyon dollar azalıb. Əgər azalma bu templə davam edərsə, valyuta ehtiyatları yaxın aylar ərzində tamamilə tükənəcək”, - qəzet qeyd edib.

Məlumata görə, yalnız iki ay ərzində Ermənistanın beynəlxalq valyuta ehtiyatları 229 milyon dollar azalıb. Bu isə 15 faiz azalma deməkdir. Ermənistanın Mərkəzi Bankının məlumatına görə, yalnız fevral ayında valyuta ehtiyatları yanvar ayı ilə müqayisədə 91 milyon dollar azalıb.

Ümumilikdə, ötən il ərzində beynəlxalq valyuta ehtiyatları 853 milyon dollar və ya 40 faizdən çox azalıb.

“Beynəlxalq valyuta ehtiyatlarının hara yoxa çıxdığı aydın deyil. Şübhələnmək olar ki, Mərkəzi Bank qeyri-rəsmi kanallar vasitəsilə valyutanı maliyyə bazarına “çiləyir” və bunun sayəsində zahirən dramın sabitliyi saxlanılır”,- “Aykakan jamanak” yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm