• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ermənistanda aclıq aksiyası başlandı

  • Dünya
  • 8 Aprel 2015 13:54
  • 460 Baxış
Ermənistanda aclıq aksiyası başlandı

Ermənistanın “Təsisedici parlament” təşkilatının dünən həbs olunan nümayəndələri aclıq aksiyasına başlayıblar.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Erməni Milli Konqresinin parlament fraksiyasının deputatı Nikol Paşinyan sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ermənin deputat bildirib ki, “Təsisedici parlament”in nümayəndələrindən belə bir addım atmamağı xahiş edib: “Amma Manukyan bildirdi ki, qəti qərarı qəbul ediblər. Pavel Manukyan və qalanlar həbsi qanunsuz hesab edirlər”.

Xatırladaq ki, dünən Ermənistanın “Təsisedici parlament” təşkilatının koordinatoru, müharibə veteranı Jirayr Sefilyan və hərəkətın nümayəndələri Varujan Avetisyan, Pavel Sefilyan (Jirayr Sefilyanın qardaşı), Karo Yeqnukyan və Pavel Manukyan həbs olunub. Adıçəkilən şəxslərin mənzillərində axtarış aparıldığı bildirilir. Ermənistan Xüsusi İstintaq Komitəsi və polis əməkdaşlarının isə səhər saatlarında təşkilatın ofisində axtarış apardığı xəbər verilir.

Xüsusi İstintaq Komitəsinin iddiasına görə, adıçəkilən şəxslər qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü ilə bağlı aprelin 24-də keçiriləcək tədbirlərdə kütləvi qarışıqlıq yaratmağı planlaşdırıblar.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR