Lavrov: “Qarabağda müharibəyə imkan verməyəcəyik”
Bizi izləyin

Dünya

Lavrov: “Qarabağda müharibəyə imkan verməyəcəyik”

“Heç kim Dağlıq Qarabağda münaqişəsinin isti mərhələyə keçməsini istəmir”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Eduard Nalbandyanla görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya Qarabağda münaqişəsinin qızışmasına qarşıdır: “Bütün hərəkətlər, addımlar buna tuşlanıb. Lakin müharibə ritorikasına baxmayaraq, bunun baş verəcəyi ehtimalı azdır. Biz qarşılıqlı məqbul həll variantının daha tez tapılmasına çalışırıq. Rusiya bu münaqişəsinin nizama salınması üçün şəraitin yaradılması məqsədilə səylərini davam etdirəcək. Biz Cənubi Qafqazda vəziyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun daxil olması ilə qiymətləndiririk. Rusiya hər iki tərəfə münasibət olan yolun tapılması üçün bundan sonra da aktiv şəkildə işləyəcək”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm