Lavrov: “Bütün bunlar yalan idi”
Bizi izləyin

Dünya

Lavrov: “Bütün bunlar yalan idi”

“Hesablayırdılar ki, Suriya rejimi tezliklə yıxılacaq. Hamını inandırırdılar ki, rejim tamamilə çürüyüb və Suriya cəmiyyətində heç bir dayağa malik deyil. Bütün bunlar yalan idi”.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Edvard Nalbandyanla görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Suriyanın bir çox hissəsində suriyalılar bu rejimdə onun zəmanətini görürlər ki, Suriya ikinci Liviyaya çevrilməyəcək, tikələrə parçalanmayacaq. İndiyə qədər Əsədi suriyalıların 50-60 faizi dəstəkləyir. Bu çox ciddi rəqəmlərdir”, - Lavrov bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm