Nazir: “Putinin bu təklifi masada qalır”
Bizi izləyin

Dünya

Nazir: “Putinin bu təklifi masada qalır”

Rusiya hesab edir ki, Avropa Birliyinin ölkələri öz prioritetləri və partnyor seçimində milli maraqları rəhbər tutmalıdır”.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Edvard Nalbandyanla görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Ümid edirəm ki, Avropa Birliyinin bütün ölkələri milli maraqlardan çıxış edərək hərəkət edəcəklər. Hazırda Avropada belə bir mentalitet yetişdirilir ki, əgər avropalılardan kimsə öz milli maraqlarına əsaslanaraq hərəkət etməyə başlayırsa, bu həmrəylik prinsipinin pozulması kimi qəbul edilir. Sanki həmrəylik prinsipi Avropa Birliyində rusofobiyanı dəstəkləmək üçün ixtira edilmişdi”, - Lavrov əlavə edib.

Lavrov həmçinin vurğuladı ki, Avropa Birliyi və Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət zonasının yaradılması haqqında Rusiyanın təklifi masada qalır. Rusiyanın xarici işlər naziri sözügedən təklifin prezident Vladimir Putin tərəfindən hələ 2014-cü ilin yanvarında səsləndirildiyini xatırladıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm