Ukraynada müharibə başladı - KİYEVDƏ
Bizi izləyin

Dünya

Ukraynada müharibə başladı - KİYEVDƏ

Bu gün Ukrayna Ali Radasının korrupsiyaya qarşı komitəsinin iclasında baş nazir Arseniy Yasenyukun qanunsuz maliyyə sxemlərində iştirakı barədə ittihamlara baxılacaq.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, dövlət büdcəsindən 7,6 milyard qrivnanın (təxminən 324 milyon dollar) oğurlandığı iddia olunur.

“Kommersant”ın Ali Radadakı həmsöhbətləri iddia edirlər ki, iclasda hökumətin taleyi barədə qərar verilə bilər, amma bunun üçün deputatlar Arseniy Yasenyukun günahını sübut etməlidirlər. Ukrayna ekspertləri iddia edirlər ki, qalmaqal oktyabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlıdır və prezident Pyotr Poroşenkonun komandasının xeyrinə işləyir.

Məlumata görə, prezident Poroşenko hakimiyyətdə təmizləmələrə başlayıb. Baş prokurorluq hökumətin məmurlarına qarşı sui-istifadələr üzrə cinayət işini açıb. Ukraynanın baş prokuroru Viktor Şokinin sözlərinə görə, söhbət dövlət əmlakının oğurlanmasından gedir. Cinayət işi üzrə baş nazir Arseniy Yasenyuk və onun rəhbərlik etdiyi kabinetin üzvləri ifadə verəcək.

Ukraynanın Nazirlər Kabineti və şəxsən Arseniy Yasenyukun ünvanına ilk ciddi ittihamları keçmiş maliyyə naziri Nikolay Qordiyenko səsləndirib. O, martın 18-də bildirib ki, baş nazir korrupsiya sxemlərinə birbaşa cəlb olunub və büdcədən 324 milyon oğurlanıb. Baş nazirin silahdaşları bildiriblər ki, Qordiyenkonun Yasenyuka qarşı ittihamları siyasi xarakteri daşıyır. “Xalq Cəbhəsi” fraksiyasının sədr müavini Viktoriya Syumar əmindir ki, Ukraynada dərin siyasi böhran tamamilə konkret və işlənmiş ssenarisi əsasında reallaşdırılır.

Vyaçeslav Çornovila adına Azad Jurnalistlər Fondunun prezidenti Dmitri Ponamarçuk “Kommersant”a deyib ki, hazırlanan yeni Konstitusiya demərkəzləşdirməni nəzərdə tutur: “Deməli, yerli hakimiyyət orqanlarının səlahiyyətləri kəskin artacaq. Bu orqanlara hansı siyasi gücün rəhbərlik etməsi prinsipial olaraq əhəmiyyətlidir”.

Yasenyukun rəhbərlik etdiyi “Xalq cəbhəsi” ehtiyat edir ki, yerli seçkilər uğursuzluqla nəticələnə bilər. Təsadüfi deyil ki, Arseniy Yasenyukun bəzi silahdaşları seçkilərin gələn ilin yazına qədər təxirə salınmasını təklif edirlər. Təklif olunur ki, Konstitusiya islahatlarının tamamlanmasından sonra səsvermə yeni qaydalar üzrə təşkil edilsin. Amma prezident Poroşenkonun fikri birmənalıdır: yerli seçkilər 2015-ci ilin oktyabrında keçiriləcək. Rusiya nəşrinə danışan anonim mənbə də bu fikirlə razılaşıb ki, hazırkı qalmaqal oktyabr ayında keçiriləcək yerli seçkilər ərəfəsində prezident və baş nazirin tərəfdarlarının gizli qarşıdurmasının nəticəsidir.

“Pyotr Poroşenko ötən ilin oktyabrında “Xalq cəbhəsi”nə məğlub olub. Poroşenkonun tərəfdarları yerli seçkilərə qisas meydanı kimi baxır. Amma buna nail olmaq üçün baş nazir və Nazirlər Kabinetinə qarşı kampaniya aparmaq lazımdır. Ona görə də bu qalmaqal şübhəsiz ki, prezident komandasının xeyrinədir”, - Dmitri Ponamarçuk hesab edir.

“İnterfaks-Ukrayna” agentliyi hesab edir ki, Arseniy Yasenyuk gələn həftə postundan kənarlaşdırıla bilər. Ali Radanın deputatları hökumətdə sui-istifadələrin araşdırılması üçün parlament komissiyasının yaradılmasında təkid edir. Eyni zamanda Arseniy Yasenyuk onun ünvanına səslənən ittihamların yoxlanılmasının başlanmasını təkid edib.

Lakin “Pyotr Poroşenkonun Bloku” parlament fraksiyasının başçısı Yuri Lusenko baş nazirin vəzifəsindən mümkün kənarlaşdırılmasını yolverilməz hesab edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm