• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İŞİD atəşkəs istədi

  • Dünya
  • 8 Aprel 2015 17:40
  • 558 Baxış
İŞİD atəşkəs istədi

Şimali İraq kürd regional rəhbərliyinin Peşmərgə Güclərinin zərbələrindən sonra zəifləyən İŞİD terror təşkilatı atəşkəs təklifi ilə çıxış edib.

Publika.az xəbər verir ki, bu barədə Peşmərgə Güclərinin bir komandiri “Rudav” saytına bildirib.

O, İŞİD-in bütün cəbhələrdə üst-üstə aldığı məğlubiyyətlərdən sonra tamamilə zəiflədiyini deyib. Adının açıqlanmasını istəməyən kürd komandir İŞİD-in atəşkəs təklifini nəzarət etdiyi bölgələrdə yaşayan tayfa rəhbərləri vasitəsilə etdiyini söyləyib.

“Atəş açmamağımızı istəyirlər. Bunun əvəzində isə kürdlərə hücum etməyəcəkləri barədə söz verirlər. Ancaq təcrübələrimizə əsaslanaraq bu oyuna getməyəcəyik”, - o bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR