• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Fotosu yayılan əlil qadın deputatlığa namizəd oldu - FOTOLAR

  • Dünya
  • 8 Aprel 2015 22:49
  • 340 Baxış
Fotosu yayılan əlil qadın deputatlığa namizəd oldu - FOTOLAR

Türkiyənin əlil vətəndaşlarından birinin Bursa şəhərində 2 il bundan əvvəl çəkilmiş fotosu onun Böyük Millət Məclisinin üzvlüyünə yolunu açıb.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, 2013-cü ildə fotomüxbir Zəfər Peker yağışın altında əlil arabası ilə gedən qadının şəklini çəkib. “İnsanlıq ölmədi” başlığı ilə yayımlanan fotoda diqqəti cəlb edən əsas məqam qadının yağışdan islanmaması üçün ona çətirlə kömək edən kişinin xeyirxah əməlidir. Foto ilə tanış olan o zamankı baş nazir Rəcəb Tayib Ərdoğan qadınla maraqlanıb.

O, hətta əlil qadın Bennur Qaraburunu taparaq onunla söhbət edib. Türkiyənin sosial müdafiə naziri Faruq Çəlik isə qadının evinə gələrək onu ziyarət edib. Türkiyə mətbuatının verdiyi xəbərə görə, iki dil bilən Bennur Qaraburun hakim Ədalət və İnkişaf Partiyasının deputatlığa namizədi olub.

Anar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR