Ukrayna 2 əsgərini itirdi
Bizi izləyin

Dünya

Ukrayna 2 əsgərini itirdi

Son 24 saatda Ukraynanın şərqində baş verən atışmada 2 Ukrayna əsgəri və 1 rusiyapərəst yaraqlı ölüb.

Publika.az-ın məlumatına görə, bu barədə Ukrayna ordusunun sözçüsü Andriy Lysenko açıqlama verib. O, atışmada 4 Ukrayna əsgərinin yaralandığını da bildirib.

Separatçılar isə son gün ərzində 1 döyüşçülərinin öldüyünü, 3-nün isə yaralandığını xəbər verirlər.

Tərəflər atəşkəsin pozulmasına görə günahı bir-birinin üzərinə atırlar. Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm